Kuba yığmasının qapıçısı Arael Arqalyes komandanın düşərgəsindən qaçıb. Sportnet.az-ın "L'Equipe" nəşrinə istinadən məlumatına görə, hazırda kubalılar ABŞ-ın Çikaqo şəhərində keçirilən KONKAKAF "Qızıl Kubok"da çıxış edirlər.
Daha öncə eyni addımı hücumçu Keyler Qarsiya da atıb. Beləliklə, Kuba millisinin düşərgəsində cəmi 15 futbolçu qalıb.
Qeyd edək ki, ABŞ-a üz tutan kubalı idmançılar belə əməllərə müntəzəm əl atırlar. Məsələn, 2013-cü ildə 6 oyunçu KONKAKAF zamanı millini tərk edib.