
"Qəbələ" klubunun Avropa Liqasının I təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandası ilə iyulun 3-də keçirəcəyi ilk görüşün başlama saatı açıqlanıb. Klubdan Sportnet.az-a verilən məlumata görə, oyun saat 20:00-da başlanacaq.
Qarşılaşma Qəbələ şəhər stadionunda təşkil ediləcək. Matç axşam saatlarında keçiriləcəyindən, stadion ətrafında projektorlar da quraşdırılıb. Oyun günü tribunalarda oturacaqların sayı 5000-ə çatdırılacaq. Bu, hərəkətli tribunalar hesabına mümkün olacaq.
Qeyd edək ki, cavab görüşü iyulun 10-da keçiriləcək.