UEFA-nın Nəzarət, etik və intizam komitəsi Avropa Liqasının I təsnifat mərhələsinin "Mladost” (Monteneqro) – "Neftçi” (Azərbaycan) oyunu barədə qərar qəbul edib. Sportnet.az-ın məlumatına görə, İyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilmiş matçın sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişəyə görə "Neftçi”nin iki üzvü – Aylton Fereyra və Maksim Vaylo cəzalandırılıb.
Hər iki futbolçu 3 oyunluq diskvalifikasiya edilib.