
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) korrupsiya ittihamı ilə tutulan məmurlarından biri ABŞ-a təhvil verilib. Sportnet.az-ın məlumatına görə, bu haqda İsveçrənin Polis və Ədliyyə Departamenti məlumat yayıb.
Qeyd edək ki, bu il mayın 27-də ABŞ ədliyyə qurumunun müraciəti əsasında Sürix polisi FİFA-nın 14 keçmiş və hazırda fəaliyyətdə olan futbol funksionerini, o cümlədən Cefferi Uebbi həbs edib. ABŞ Ədliyyə Nazirliyinin hesablamasına əsasən, son 24 ildə həmin məmurlar 150 milyon dollara yaxın rüşvət alıblar.
Bu ilin mayında FİFA-nın bir neçə yüksək vəzifəli məmuru korrupsiya ittihamı ilə həbs olunub. İstintaqın əsas obyektləri "DÇ-2018" (Rusiya) və "DÇ-2020"-yə (Qətər) ev sahibi seçilməsində ehtimal olunan korrupsiya məsələsidir.