Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mehmet Topal həyat yoldaşı Selda Topal ilə qocalar evi sakinləri üçün iftar süfrəsi verib. Sportnet.az-ın məlumatına görə, yığıncaq Maçkadaki "Swiss-Günaydın Restaurant"da keçirilib.
Qonaqlar sırasında azərbaycanlı müğənni Azəri qızı Günel də olub.
Maraqlı hadisələrin yaşandığı məclisəd yaşlılar evi sakinlərindən biri Topala evlənmək istədiyini, lakin sevdiyi xanımı razı edə bilmədiyini deyib. Vəziyyət qarşısında çaşqınlık yaşayan Topal həmin xanımı raza salmağa çalışıb.