 

Bu gün "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində cavab görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib Monteneqro "Rudar"ı olub. 
	
Petrovats şəhərindəki "Pod Malim Brdom" stadionunda keçirilmiş qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu Reynaldo vurub. 
	
	"Qarabağ" növbəti mərhələdə "Seltik" (Şotlandiya) klubu ilə üz-üzə gələcək. Oyunlar 28-29 iyul və 4-5 avqustda keçiriləcək. 
		
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab görüşü 
		
23:45. "Rudar" (Monteneqro) - "Qarabağ" (Azərbaycan) - 0:1
		Qol: Reynaldo, 57
"Rudar": 1. Miloş Radanoviç, 3. Corce Curiç, 11. Duşan Nestoroviç, 15. Radule Jivkoviç, 16. Miroye Yovanoviç, 17. Mirko Radişiç, 9. İvan Knejeviç, 14. Predraq Brnoviç, 20. Nedelko Vlahoviç (kap.), 8. Marko Vukoviç, 10. İqor İvanoviç 
	Ehtiyat oyunçular: 12. Marko Lazareviç, 4. Vladan Qordiç, 7. Jelko Tomaşeviç, 13. Miliya Qoluboviç, 2. Alfonse Soppo, 18. Stevan Relyiç, 6. Deyan Damyanoviç
		
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (kap.), 25. Ansi Agolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Alharbi Əl Jadeyaui, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 
77. Cavid Tağıyev, 29. Raydell Pupon
	Baş məşqçi: Qurban Qurbanov 
Petrovats, "Pod Malim Brdom" stadionu
Baş hakim: Georgi Kabakov
Yan xətt hakimləri: Martin Marqaritov, Martin Venev 
Dördüncü hakim: Nikolay Yordanov (hamısı Bolqarıstan)
UEFA hakim-inspektoru: Françesko Byanki (İsveçrə) 
UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya)