AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qəbələ"nin Serbiya "Çukariçki"si ilə keçirdiyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü barədə fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, R.Abdullayev oyunun gözəl alındığını bildirib.
Bununla yanaşı, AFFA prezidenti müəyyən məqamlarda narahatlıq keçirdiklərini də bildirib: "Matç barədə fikirlərim yaxşıdır. Gözəl oyun oldu. Düzdür, bizi bir az silkələdilər, amma sonda hər şey yaxşı oldu".
R.Abdullayev deyib ki, Azərbaycanın 3 klubu - "Qarabağ", "Qəbələ" və "İnter"in növbəti mərhələyə yüksəlmələrini rekord hesab etmək düzgün deyil: "Bu nəticələri Azərbaycan futbolu üçün rekord hesab etmək düzgün deyil. Oynamalıyıq da... Rekord onda olar ki, Çempionlar Liqasının qrup mərhələsinə yüksələk".