
Çempionlar Liqasının III təsnifat mərhələsində "Seltik"lə qarşılaşacaq "Qarabağ” bu gün Bakı - Qlazqo reysiylə Şotlandiyaya yola düşüb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın təyyarəsi saat 22:30-da havaya qalxıb.
Şotlandiyanın paytaxtına uçuş təxminən 6 saatdır. "Qarabağ” sabah oyunun keçiriləcəyi "Seltik Park"da yerli vaxtla saat 19:45-də (Bakı vaxtıyla 23:45-də) matçöncəsi sonuncu məşqinə çıxacaq. Buna qədər isə komandanın baş məşqçisi Qurban Qurbanov yerli media mənsublarının önünə çıxaraq sualları cavablandıracaq.
Qeyd edək ki, "Seltik" - "Qarabağ" qarşılaşması avqustun 5-də Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.