
Bu gün axşam DÇ-2014-ün 14-cü oyun günündə F qrupunda mübarizə aparan Nigeriya
ilə Argentina və Bosniya və Herseqovina ilə İran yığma komandaları üz-üzə gələcəklər.
Sportnet.az-ın məlumatına görə, idman prinsiplərinin qorunması üçün hər iki
görüş eyni vaxtda start götürəcək.
İlk 2 oyunda qələbə qazanan Argentina "pley-off”a vəsiqəni təmin etsə
də, afrikalılarla görüşdə ən azından 1 xal qazanmalıdır ki, 1/8 finala qrup
qalibi kimi yüksəlsin. Elə Nigeriya da yəqin ki, heç-heçəyə qane olacaq. Çünki
bu nəticə onların da növbəti mərhələyə yüksəlməsinə kifayət edəcək.
Qrupun digər görüşündə isə İran artıq "pley-off” şanslarını qaçıran Bosniya
və Herseqovina yığması üzərində qələbəyə oynamağa məhkumdur. Yalnız qalib
gələcəkləri təqdirdə asiyalılar nəzəri cəhətdən 1/8 final şansı əldə edə
biləcəklər.
21:00. F qrupu. Nigeriya –
Argentina 2:3
Qollar: Əhməd Musa, 4: 47 - Messi, 3; 45+2. Roho, 50.
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Porto ALeqre şəhəri. "Estadia
Beyra-Rio” stadionu.
Start heyətlər
Nigeriya: 1. Enyeama 2. Yozef Yobo 5. Ambrose 7. Musa, 8. Odemvinqe (19. Nvofor-80) 9. Emmanuel Emenike 10. Con Obi Migel, 13. Oşaniva (sarı vərəqə-51) 17. Onazi 18. Babatunde (20. Uçebo-66), 22. Omeruo (sarı vərəqə-49)
Argentina: 1. Serxio Romero, 2. Ezekel Qaray, 4. Pablo Zabaleta, 5. Fernando Qago, 7. Anhel Di Mariya, 9. Qonsalo İquayn (6. Biqliya, 90+1), 10. Lionel Messi (19. Alvarez-63), 14. Xavyer Maskerano, 16. Roxo, 17. Federiko Fernandez, 20. Serxio Aquero (22. Lavezzi-38)
Matçöncəsi
maraqlı məqamlar
- Argentina bundan öncəki matçda İran qarşısında çətin anlar yaşamışdı. Cənubi Amerika təmsilçisi həmin matçda meydana 6 hücum oyunçusu buraxmışdı.
- İki ölkə daha əvvəl 3 dəfə DÇ-də qarşılaşıb. Hər üç oyunda Argentina qalib gəlib.
- Nigeriya 221 dəqiqədir ki, DÇ-də qapısında qol görmür.
- 1990-cı ildə Kameruna məğlub olan Argentina bu tarixdən etibarən 4 dəfə Afrika komandaları ilə görüşüb və hamısında qalib gəlib.
- Messi Argentina formasıyla çıxdığı son 7 matçda 8 qol vurub.
Matç başlayır.
3-cü dəq. QOOOOOOL! Anhel Di Mariyanın zərbəsindən sonra qayıdan topu Messi tamamlayır.
4-cü dəq. QOOOOOOL! Əhməd Musa effektiv zərbə ilə Argentinaın sevincinin uzun çəkməsinə imkan vermir.
9-cu dəq. Di Mariya uzaqdan sərt vurur, Enyeama çətinliklı çıxarır.
10-cu dəq. Messi İquaynı qapıçı ilə təkbətək çıxarır. Sonuncunun zərbəsi toru yandan silkələyir.
14-cü dəq. İquayn Di Mariyanı qapıçı ilə təkbətək çıxarır, son anda müdafiə araya girir.
20-ci dəq. Messinin asması, Migeldən tərs zərbə, Enyeama topu tutur.
26-cı dəq. Di Mariya topu qapı önünə göndərir, Messi və İquayn sürətli topa çata bilmir.
31-ci dəq. Yenə də Di Mariya sərt zərbə ilə diqqət mərkəzinə düşür. Enyeama qola imkan vermir.
37-ci dəq. Aquero zədələnir, oyunu davam etdirə bilmir.
38-ci dəq. Aquero Ezekiel Lavezzi ilə əvəz olunur.
43-cü dəq. Messidən mükəmməl cərimə zərbəsi, Enyeama topu "doqquzluq"dan çıxarır.
45+1-ci dəq. QOOOOOOOL! Messi yenidən səhnəyə çıxır, forvard cərimə zərbəsindən baxımlı qol vurur.
45+2-ci dəq. İlk hissə bitir.
Fasilə
Birinci hissənin statistikası
Nigeriya Argentina37% Topa nəzarət 63%
0 Küncdən zərbə 0
0 Of-sayd 0
9 Qayda pozuntusu 3
0 Sarı vərəqə 0
0 Qırmızı vərəqə 0
İkinci hissə başlayır.
47-ci dəq. QOOOOOOL! Əhməd Musa dubl edir, Nigeriya hesabı bərabərləşdirir.
49-cu dəq. Di Mariyadan qüvvətli zərbə, Enyeama topu çölə göndərir.
49-cu dəq. Omeruo sarı vərəqə alır.
50-ci dəq. QOOOOOOL! Roho künc zərbəsi zamanı Nigeriyanın sevincini ürəyində qoyur.
51-ci dəq. Oşaniva sarı vərəqə alır.
54-cü dəq. Messinin araötürməsindən sonra İquaynın zərbəsini Enyeama çətinliklə dəf edir.
60-cı dəq. Matçda temp düşür.
63-cü dəq. Messini Rikardo Alvarez əvəz edir.
65-ci dəq. Zərbə Babatundenin biləyini zədələyir, onu Maykl Uçebo əvəz edir.
72-ci dəq. Komandalar irəli atılmaq üçün can atmır. Görünən odur ki, digər oyunun hesabından xəbərdardırlar.
74-cü dəq. Musa het-trik etməyə yaxın olur. Zərbəsi dəqiq alınmır.
78-ci dəq. Əla ev tapşırığı, Di Mariya topu Lavezziyə ötürür. Sonuncunun zərbəsini Enyeama zərərsizləşdirir.
79-cu dəq. Zabaleta son anda Musanın het-trik etməsinin qarşısını alır.
80-ci dəq. Odemvinqe çıxır, Uçe Nvofor meydana daxil olur.
83-cü dəq. Emenikenin zərbəsində dəqiqlik çatışmır.
85-ci dəq. Di Mariyanın fərqlənəsinə qapıçı imkan vermir.
89-cu dəq. Maskeranon zərbəsi qapıçının üzərinə gedir.
90+1-ci dəq. İquaynı Lukas Bilya əvəz edir.
90+4-cü dəq. Matç bitir, hər iki komanda 18 finala çıxır.
Matçın statistikası
Nigeriya Argentina42% Topa nəzarət 58%
4 Küncdən zərbə 12
1 Of-sayd 1
17 Qayda pozuntusu 6
2 Sarı vərəqə 0
0 Qırmızı vərəqə 0
Matçın oyunçusu: Lionel Messi (Argentina)
Qollar: Edin Dzeko, 23. Pyaniç, 59, Vrsayeviç, 83 - Qohanejat, 82.
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Salvador şəhəri. "Arena Fonte
Nova” stadionu.
Start heyətlər
Bosniya v Herseqovina:. 1. Asmir Begoviç, 2. Vrsayeviç, 4. Emir Spahiç, 5. Kolosinac, 7. Besiç (sarı vərəqə-77) 8. Miralem Pyaniç, 11. Edin Dzeko (19. Vizka-84), 21. Hadziç (6. Vranyes-61) 15. Sunyiç, 14. Suşiç (23. Salihoviç-79), 9. İbişeviç
İran: 1. Əlirza Həqiqi, 3. Haji Safi, 4. Cəlal Hosseyni, 5. Əmirhuseyn Sadeyi, 6. Cavad Nekunam, 7. Məsud Şocayi, 14. Andronik Timotiyan, 15. Montazeri, 16. Reza Qohanejat, 21. Dejaqa (10. Kərim-68 (sarı vərəqə-88)), 23. Poladi.
Matçöncəsi maraqlı məqamlar
- İran Argentina qarşısında uzun müddət müqavimət göstərmiş, ancaq son dəqiqədə Messinin qolu ilə məğlubiyyətə uğramışdı.
- Bosniya-Herseqovina tarixində ilk dəfə qatıldığı DÇ-də gözlənilən kimi çıxış etmədi və turnirlə erkən vidalaşdı. Bosniyalılar bunu hakim qərarları ilə əlaqələndirdi.
- İki ölkə daha əvvəl 5 dəfə qarşılaşmışdı. 1 matç heç-heçə bitdiyi halda, İran 4 dəfə qalib gəlmişdi.
- İranın bu günə qədər mundiallarda heç bir Avropa təmsilçisini məğlub etməyib.
- Asiya təmsilçisinin mundiallarda buraxdığı 12 qolun 11-i ikinci hissədə vurulub.
Matç başlayır.
4-cü dəq. Dzekodan qüvvətli zərbə, qapıçı topu çətinliklə dəf edir.7-ci dəq. Bosniya daha aktivdir, avropalılar hava toplarında təsirli olmağa çalışır.
9-cu dəq. Dzeko yenə də qola yaxın olur. Penalti nöqtəsinin yaxınlığından vurduğu zərbəni Həqiqi dəf edir.
15-ci dəq. Sadeyinin sağ cinahdan qapı qarşısına ötürməsi müdafiədə qalır.
20-ci dəq. Bosniya oyuna nəzarəti tamamilə ələ keçirib, İran müdafiə olunmaqla məşğuldur.
23-cü dəq. QOOOOOL! Dzeko arzusuna çatır. Forvardın zərbəsi qarşısıalınmaz olur.
25-ci dəq. İran hesabı bərabərləşdirə bilərdi. Şocaenin zərbəsində dirək Bosniyanı qoldan xilas edir.
30-cu dəq. Bu dəqiqələrdə İran hesabı bərabərləşdirmək üçün irəli atılır.
33-cü dəq. Bosniyanın qapısı önündə qarışıqlıq. Beqovuç risk edərək topa sahib çıxır.
38-ci dəq. Spahiç zədələnir, futbolçu xərəkdə meydanın kənarına gətirilir.
42-ci dəq. Vrsayeviç rahat epizodda dəqiq zərbə endirmir.
43-cü dəq. İbişeviçin uzaqdan zərbəsi az fərqlə meydanı tərk edir.
45+3-cü dəq. İlk hissə bitir.
Fasilə
Birinci hissənin statistikası
Bosniya və Herseqovina İran66% Topa nəzarət 34%
3 Küncdən zərbə 1
0 Of-sayd 3
12 Qayda pozuntusu 8
0 Sarı vərəqə 0
0 Qırmızı vərəqə 0
İkinci hissə başlayır.
46-cı dəq. İranda Şocayini Xosrov Heydəri əvəz edir.
50-ci dəq. Bosniya bu hissəyə də aktiv başlayıb. İran müdafiə olunur.
55-ci dəq. Safinin təhlükəli zərbəsinə son anda müdafiə ayaq qoyur.
59-cu dəq. QOOOOOL! İran müdafiəsinin səhvindən istifadə edən Bosniya Pyaniçlə önə keçir.
61-ci dəq. Hadziçi Onyen Vranyes əvəz edir.
63-cü dəq. Hacısafinin yerinə Əlirza Cahanbaxş meydana çıxır.
65-ci dəq. Bosniya təzyiqi artırır, Dzeko üçüncü qola yaxın olur.
68-ci dəq. Dejaqanı Kərim Ənsərifərd əvəz edir.
73-cü dəq. İran bütün komanda ilə irəli atılaraq hesabı bərabərləşdirməyə çalışır.
77-ci dəq. Muhammed Besiç sarı vərəqə alır.
81-ci dəq. Rezanın zərbəsi dirəyin dibindən keçir.
82-ci dəq. QOOOOOL! Qohanejat İranın mundialdakı ilk qolunu vurur.
83-cü dəq. QOOOOL! Vrsayeviç İranın azacıq qalan ümidlərini də söndürür.
84-cü dəq. zeko Edin Visko ilə əvəz edilir.
88-ci dəq. İranda Kərim sarı vərəqə alır.
90-cı dəq. Əsas vaxta 3 dəqiqə əlavə olunur.
90+3-cü dəq. Matç bitir, hər iki komanda DÇ ilə vidalaşır.
Birinci hissənin statistikası
Bosniya və Herseqovina İran62% Topa nəzarət 38%
6 Küncdən zərbə 5
1 Of-sayd 8
20 Qayda pozuntusu 17
1 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 0
Matçın oyunçusu: Edin Dzeko (Bosniya və Herseqovina)
Q |
Н |
M |
T/F |
X |
|
1.Argentina |
3 |
0 |
0 |
6-3 |
9 |
2.Nigeriya |
1 |
1 |
1 |
3-3 |
4 |
3.Bosniya və Herseqovina |
1 |
0 |
2 |
4-4 |
3 |
4.İran |
0 |
1 |
2 |
1-4 |
1 |