1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Seltik" "Qarabağ"a qarşı oyun üslubunu açıqladı
Şotlandiyanın "Seltik" klubu "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində cavab görüşünü keçirəcəkləri Tofiq Bəhramov adına Respublika stadionunda ot örtüyünün durumundan narahatdır. Sportnet.az-ın məlumatına görə, bu barədə Qlazqo komandasının köməkçi-məşqçisi Con Kollinz açıqlama verib.
O bildirib ki, ot örtüyünü yerindəcə yoxlayacaqlar. Kollinzin sözlərinə görə, qazonun vəziyyətində dəyişiklik baş verməsə, "Seltik" oyununu meydanın durumuna adaptasiya etməli olacaq: "Düşünmürəm ki, oyunun baş tutması sual altındadır. Amma ot örtüyü yaxşı vəziyyətə düşə bilməyəcək. Mənə zəng edib dedilər ki, yüksək temperatur üzündən belə vəziyyət yaranıb. Hər halda hər iki komanda eyni şərtlər altında çıxış edəcək. Bu zaman biz uzun ötürmələrlə oynamalıyıq ki, topu özümüzə aid hissədə rəqibə verməyək".
Məşqçinin fikrincə, "Qarabağ" da "Seltik" kimi yerlə ötürmələrlə oynamağı sevən komandadır. Bu səbəbdən, meydanın durumu hər iki komandaya eyni dərəcədə təsir edəcək. Futbolçular isə beyinləri ilə oynayacaq və istəməyəcəklər ki, top özlərinə aid hissədə çox qalsın: "Bu, ideal oyun deyil, amma futboldur. Siz meydanın müxtəlif vəziyyətlərinə və hava şəraitinə adaptasiya olmalısınız".
Qeyd edək ki, avqustun 5-də keçiriləcək "Qarabağ" - "Seltik" matçı saat 21:30-da başlanacaq.