
Azərbaycan Premyer Liqası komandalarının sifariş ərizələrinin qəbuluna başlanılıb. Sportnet.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasına ilk olaraq, "Kəpəz" müraciət edib. 
Gəncə təmsilçisi ərizəsində 21 futbolçunu göstərib. Onlardan 4-ü legionerdir. Eyni zamanda, siyahıda 2 qapıçı, 6 müdafiəçi, 9 yarımmüdafiəçi, 4 hücumçu yer alıb. 
Yaranma ili: 1959
Rəngləri: göy-sarı
Forma: Umbro
Müşahidə Şurasının sədri: Elmir Vəliyev
Uğurları:
Çempion - 1994/95; 1997/98; 1998/99
Gümüş mükafatçı: 1999/2000
Bürünc mükafatçı: 1993/94; 1995/96
Azərbaycan Kubokunun qalibi: 1993/94; 1996/97; 1997/98; 1999/2000 
	
	
	










                 





    
    
    
    
    
    
    
    
    





















































