1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Ajiotaj yaratmaq lazım deyil"
"Futbolçular çempionata normal qaydada hazırlaşıblar. Ona görə də ilk turda "Neftçi” ilə qarşılaşacağımız bizi qorxutmur. Onsuz da çempionatda bütün rəqiblərlə oynamalıyıq. Gəncə azarkeşlərinə əvvəlki derbilərin ab-havasını yaşatmağa çalışacağıq”. Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının startı öncəsi klubun mətbuat xidmətinə bildirib.
Təcrübəli mütəxəssis "Neftçi”nin köklü klub olduğunu və azarkeşləri maraqlı matçın gözlədiyini açıqlayıb: "Paytaxt təmsilçisinin böyük tarixi var. Komplektləşmiş heyətə malikdirlər, Avropa Liqasında çıxış ediblər. "Kəpəz”in isə yenidən qurulduğunu nəzərə alaraq bizi çətin oyunun gözlədiyini demək mümkündür. Proqnoz verməyi sevmirəm, amma futbolçularımızın meydançada dizlərinin əsməyəcəyini söyləyə bilərəm. Nə gücləri var, onu oyunda qoyacaqlar. Fanatlar üçün maraqlı görüş olacaq”.
"Kəpəz” – "Neftçi” oyunu futbol ictimaiyyəti tərəfindən tarixi derbi adlandırılır. Bu da hər iki komandanın ölkənin ilk klubları olmasından və aradakı rəqabətin uzun illərə söykənməsindən doğur. Tərəflərin görüşü həmişə gərgin mübarizə şəraitində keçib: "Səmimi olaraq deyim ki, yeni yığılmış komanda olduğumuzdan və uşaqlar ayrı-ayrı klublardan gəldiklərindən, derbinin həyacanını tam hiss etmirlər. Ajiotaj yaratmaq lazım deyil, oyunçular zamanla bunu başa düşəcəklər. Azarkeşlərin oyuna marağı istər-istəməz əvvəlki derbiləri xatırlatmağa başlayıb. Mənə elə gəlir ki, həm "Kəpəz”, həm də "Neftçi” futbolçuları maraqlı, gərgin oyunla, qollarla derbi ab-havasını qaytaracaqlar”.
Qeyd edək ki, avqustun 9-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Kəpəz" matçı saat 21:00-da başlanacaq.