Azərbaycan Premyer Liqasında ilk turun bütün oyunları bir dəqiqəlik sükutla başlanacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə PFL rəhbərliyi qərar qəbul edib.
"Neftçi"nin Müşahidə Şurasının üzvü, veteran futbolçu Mübariz Zeynalovun vəfatı ilə əlaqədar bu addım atılıb.
Qeyd edək ki, ilk turun oyunları bu gün və sabah keçiriləcək. Ötən il də ilk turda 1 dəqiqəlik sükut elan olunub. Həmin vaxt Premyer Liqada matəm cəbhə bölgəsində şəhid olan həmvətənlərimizin ruhunu yad etmək üçün elan olunub.