
Bu gün axşam DÇ-2014-ün 15-ci oyun günündə G qrupunda mübarizə aparan ABŞ-la Almaniya və Portuqaliya ilə Qana yığma komandaları üz-üzə gələcəklər. Sportnet.az-ın məlumatına görə, idman prinsiplərinin qorunması üçün hər iki görüş eyni vaxtda start götürəcək.
ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann həmyerlilərinin yığmasından olan həmkarı Yoahim Lövlə danışılmış heç-heçəyə gedəcəklərini inkar etsə də, dünya futbol praktikasında buna rast gəlinib. Uzaq 1982-ci ildə elə həmin Almaniya yığması (Almaniya Federativ Respublikası) Avstriya ilə qrup mərhələsində hər iki komandaya sərf edən qolsuz bərabərliyə qalaraq, Əlcazairin növbəti mərhələyə yüksəlməsini əngəlləyib.
Mövcud turnir cədvəli bu dəfə eyni aqibəti Portuqaliya və ya Qanaya yaşatmaq üçün şans verir. Doğrudur, müasir texnologiyalar 32 il əvvəlki kimi aşkar şəkildə futbol oynamamağa imkan vermir. Lakin istənilən halda ABŞ - Almaniya oyununda xallar yarı bölünsə, bu, böyük söz-söhbətə səbəb olacaq.
Qeyd edək ki, bu oyunda komandalar heç-heçə etsələr, Portuqaliya - Qana matçının nəticəsindən asılı olmayaraq, hər ikisi 1/8 finala yüksələcək.
Qol: Müller, 55.
Resife şəhəri. "Arena Pernambuko" stadionu
Start heyətlər
ABŞ: 1. Tim Hovard, 4. Maykl Bredli, 5. Matt Bezler, 7. Demarkus Bizli, 8. Klint Dempsey , 13. Jermen Cons, 15. Kili Bekerman (sarı vərəqə-62), 19. Qraham Zusi (2. Yedlin-84), 3. Omar Qonzalez (sarı vərəqə-37), 23. Fabian Conson, 14. Davis (11. Bedoya-59)
Almaniya:1. Manuel Noyer, 4.
Benedik Hovedes (sarı vərəqə-11), 5. Mats Hummels, 7. Bastian Şvaynştayger (19. Götze-76), 8. Məsut Özil (9. Şürle-89), 13.
Tomas Müller, 16. Flip Lam, 17. Per Mertezaker, 18. Toni Kroos, 20. Jerome
Boatenq, 10. Lukaş Podolski (11. Kloze-46)
Matçöncəsi
maraqlı məqamlar
- ABŞ oynadığı son 25 DÇ matçından yalnız ikisində qol buraxmayıb.
- ABŞ DÇ-dəki son 8 matçında qol vura bilib.
- Miroslav Kloze bu matçda meydana çıxıb qol vursa, DÇ tarixinin ən sərrast futbolçusu olacaq.
Matç başlayır.
2-ci dəq. Kroosun zərbəsi qapının üstündən keçir.
5-ci dəq. Boatenqin qapı önünə ötürməsi Hovardda qalır.
8-ci dəq. Özilin qapı önünə ötürməsinə Podolski toxuna bilmir.
11-ci dəq. Hövedes sarı vərəqə alır.
15-ci dəq. Qonzalez ardıcıl iki epizodda Şvaynştayger və Müllerin zərbəsinə imkan vermir.
20-ci dəq. Bu dəqiqələrdə temp nisbətən düşüb.
22-ci dəq. ABŞ-ın ani hücumu zamanı Zusinin sol cinahdan endirdiyi zərbə təhlükəli alınır.
27-ci dəq. ABŞ tamamilə müdafiəyə çəkilib. Almaniya qol üçün yüklənir.
28-ci dəq. Cons hakimlə toqquşur və təhlükəli hücum beləcə kəsilir.
31-ci dəq. Kroosun vurduğu top Hovardın üstünə gəlir.
36-cı dəq. Özil Hovardın sayıqlığını yoxlayır, qapıçı yerindədir.
37-ci dəq. Omar Qonzalez sarı vərəqə alır.
45-ci dəq. İlk hissənin sonlarında komandalar heç bir qol epizodu yarada bilmir.
45+1-ci dəq. Birinci hissə başa çatır.
Fasilə
Birinci hissənin statistikası
40% Topa nəzarət 60%
1 Küncdən zərbə 1
1 Of-sayd 5
7 Qayda pozuntusu 3
1 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 0
İkinci hissə başlayır.
46-cı dəq. Podolskini Miroslav Kloze əvəz edir.
48-ci dəq. Boatenqin ötürməsi, Məsut başla vurur. Top üstdən keçir.
52-ci dəq. Kloze fərqlənə bilərdi, baş zərbəsi dəqiq alınmır.
55-ci dəq. QOOOOOL! Müller, baxımlı qolla bombardirlik yarışında Messi və Neymara rəqib olur.
59-cu dəq. Devis çıxır, Alehandro Bedoya oyundadır.
62-ci dəq. Kili Bekerman sarı vərəqə alır.
70-ci dəq. Qarşılıqlı top itkiləri var.
74-cü dəq. Bedoya və Cons zədələnir. Oyun dayanır.
76-cı dəq. Şvaynştaygeri Mario Götze əvəz edir.
80-ci dəq. Hövedesin zərbəsi Hovarda çətinlik yaratmır.
84-cü dəq.Zusini Denadre Yedlin əvəz edir.
87-ci dəq. Matçın sonlarında temp düşüb.
88-ci dəq. Çılğın azarkeş meydana girir, bir neçə alman futbolçu ilə görüşdükdən sonra mühafizəçilər onu kənara çıxarır.
89-cu dəq. Özili Andre Şürle əvəz edir.
90+4-cü dəq. Matç başa çatır. Hər iki komanda 18 finaldadır.
Matçın statistikası
ABŞ Almaniya37% Topa nəzarət 63%
2 Küncdən zərbə 3
2 Of-sayd 7
15 Qayda pozuntusu 9
2 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 0
Matçın oyunçusu: Tomas Müller (Almaniya)
Qollar: Boye, 31-avtoqol. Ronaldo, 80 - Qyan, 57.
Brazilia şəhəri. "Estadio Nasyonal" stadionu
Start heyətlər
Portuqaliya: 22. Beto (1. Eduardo-89), 2. Bruno Alveş, 4. Migel Veloso, 16. V.Karvalyo, 7. Kriştianu Ronaldo, 8. Joa Moutinyo (sarı vərəqə-90+4-cü dəq.), 20. Amorim, 17. Luiş Nani, 21. Joa Pereyra (18. Varela-61), 11. Eder (10. Vierinya-69), 3. Pepe
Qana: 16. Fatavu Dauda, 3.
Asamoa Qyan, 7. Kristian Atsu, 10. Andre Ayu (22. Vakaso-81), 17. Rabiu (6. Acquah-76), 8. Aqyemanq Badu, 19.
Conatan Mensah, 20. Asamoa, 21. Con Boye, 23. Afful Harrinson (sarı vərəqə-39), 18. Varis (13. C.Ayu-71 (sarı vərəqə-78), sarı vərəqə-55)
Matçöncəsi
maraqlı məqamlar
- Portuqaliya DÇ-lərdə keçirdiyi son 8 matçda yalnız 1 qələbə qazanıb, (7:0, Şimali Koreya, DÇ-2010).
- Kriştianu Ronaldo DÇ-də oynadığı matçlarda rəqib qapılara 57 zərbə endirə bilib ki, bunu da ikisi qol olub.
- Portuqaliyanın qrupun ilk matçında Almaniya qarşısındakı 4:0 hesablı məğlubiyyəti ölkə tarixinin DÇ-lərdəki ən ağır məğlubiyyəti di.
- Qana DÇ-lərdə oynadığı son 6 matçın hamısında qapısında qol görüb.
Matç başlayır.
5-ci dəq. Ronaldonun zərbəsi qapı tirindən qayıdır.12-ci dəq. Ronaldonun cərimə zərbəsi təhlükəli alınır. Dauda yaxşı oynayır.
17-ci dəq. Qana hücumdadır. Qyana müdafiəçilər qapı önündə zərbə vurmağa imkan vermir.
19-cu dəq. Ronaldo yenə qola yaxın olur. Futbolçunun baş zərbəsini Dauda dəf edə bilir.
20-ci dəq. Qyan təkbətək epizodda Betunu keçə bilmir.
23-cü dəq. Standart vəziyyət zamanı Betu yenə komandasını qoldan xilas edir.
27-ci dəq. Portuqaliyanın əks hücumu. Müdafiə tez qapanıb Velosonun qarşısını kəsir.
31-ci dəq. QOOOOOOL! Velosonun qapı önünə ötürməsindən sonra Boye avtoqol müəllifi olur.
32-ci dəq. Ronaldo daha bir dəfə qapını yoxlayır. Dauda yerindədir.
34-cü dəq. Amorim yaxın küncü əla görür. Azacıq dəqiqlik çatışmır.
37-ci dəq. Qyanın baş zərbəsi dəqiq alınmır.
39-cu dəq. Harrison Afful sarı vərəqə alır.
40-cı dəq. Atsunun zərbəsi dəqiqi olmur.
45-ci dəq. Nani ötürmə vermək əvəzinə özü vuru, top fərqli şəkildə meydanı tərk edir.
45+1-ci dəq. Birinci hissə başa çatır.
Fasilə
Birinci hissənin statistikası
Portuqaliya Qana54% Topa nəzarət 46%
2 Küncdən zərbə 3
0 Of-sayd 2
8 Qayda pozuntusu 9
0 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 0
İkinci hissə başlayır.
49-cu dəq. Ronaldodan Naniyə əla ötürmə, sonuncunun zərbəsi müdafiəçilərə dəyir.
55-ci dəq. Nani bu dəfə də zərbə zamanı müdafiəçiləri keçə bilmir.
55-ci dəq. Abdul Macid Varis sarı vərəqə alır.
57-ci dəq. QOOOOOL! Qyan Qananı ümidləndirir.
61-ci dəq. Varis bom boş epizodda qol şansını boşa verir.
61-ci dəq. Pereyranın əvəzinə Silvestr Varela meydana çıxır.
68-ci dəq. Atsnun zərbəsi təsirli olmur.
69-cu dəq. Ederi Viyerinya əvəz edir.
71-ci dəq. Varisi Cordan Ayu əvəz edir.
76-cı dəq. Rabiunu Afriye Acquah əvəz edir.
78-ci dəq. C. Ayu sarı vərəqə alır.
80-ci dəq. QOOOOOOL! Ronaldo Portuqaliyanı önə keçirir.
82-ci dəq. A.Ayunu Vakaso əvəz edir.
83-cü dəq. Ronaldo bom boş vəziyyətdə topu qapıçının üstünə vurur.
84-cü dəq. Künc zərbəsində Naninin baş zərbəsi qeyri-dəqiq alınır.
89-cu dəq. Portuqaliyada qapıçı Betu zədələnib, onu Eduardo əvəz edir.
90-cı dəq. Əsas vaxta 4 dəqiqə əlavə olunur.
90+1-ci dəq. Ronaldo cinahdan ötürülən topu bir toxunuşla qapıya vurur. Bir neçə sm dəqiqlik çatışmır.
90+2-ci dəq. Ronaldodan daha bir zərbə. Dauda qola imkan vermir. Ronaldo son dəqiqələrdə çox aktivdir.
90+4-cü dəq. Moutinyo sarı vərəqə alır.
90+4-cü dəq. Matç bitir, Portuqaliya qələbə qazansa da, mundialı tərk edir, Qana da evə yollanır.
Matçın statistikası
Portuqaliya Qana55% Topa nəzarət 45%
7 Küncdən zərbə 4
0 Of-sayd 4
21 Qayda pozuntusu 16
1 Sarı vərəqə 3
0 Qırmızı vərəqə 0
Q |
Н |
M |
T/F |
X |
|
1.Almaniya |
2 |
1 |
0 |
7-2 |
7 |
2.ABŞ |
1 |
1 |
1 |
4-4 |
4 |
3.Portuqaliya |
1 |
1 |
1 |
4-7 |
4 |
4.Qana |
0 |
1 |
2 |
4-6 |
1 |