
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun son oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, paytaxt derbisində "İnter" "Neftçi"ni qəbul edəcək.
"İnter Arena"da keçiriləcək görüşü gənc FİFA referisi Orxan Məmmədov idarə edəcək. Hər iki komanda ilk turu qolsuz başa vurub. "Neftçi" öz meydanında "Kəpəz"in müqavimətini qıra bilməyib, "İnter" isə səfərdə "Xəzər Lənkəran"a uduzub. Flaqman qələbə qazanacağı halda, liderlər qrupunda 5 hakimiyyətlilik yaradacaq. "İnter" isə Avropa Liqasındakı tarixi nailiyyətinin təsadüfi olmadığını sübuta yetirməyə çalışacaq.
17 avqust (bazar ertəsi)
"İnter” – "Neftçi” - 1:0
Qol: Denis Silva, 45
Qırmızı vərəqə: İlkin Qırtımov, 79 - Melli, 17
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
"İnter Arena”, 21:00
Əvvəki görüşlər: 43 oyun, +11=13-19, top fərqi 44-61
"Neftçi” 7 oyundur paytaxt derbisində qalib gələ bilmir. Son 3 qarşılaşmada "İnter” qələbə qazanıb. "Ağ-qaralar” son 4 səfər qarşılaşmasında xal qazana bilməyib.16 avqust (bazar)
16 avqust
"Kəpəz” – "Zirə” - 1:1
Qollar: Şəhriyar Rəhimov, 73 - İqor İvanoviç, 90+2
"Sumqayıt” – "Xəzər Lənkəran” - 1:1
Qollar: Bəxtiyar Həsənalızadə, 10 - Elşən Rzazadə, 37
15 avqust (şənbə)
"Rəvan” – "Qarabağ” - 1:2
Qollar: Tural Qürbətov, 88 - Yamin Ağakərimzadə, 67-öz qapısına. Qara Qarayev, 83
AZAL – "Qəbələ” - 0:2
Qollar: Aleksey Qay, 45+1-penalti ilə. Aleksey Antonov, 76