1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in futbolçusu: "Fiziki durumumuzu daha yaxşı səviyyəyə çatdıracağıq"
"Çoxlu qol imkanlarımız oldu, yararlana bilmədik. Mən bunu bəxtsizlik kimi qiymətləndirirəm”. Sportnet.az-ın məlumatına görə, bunu Sportnet.az-a açıqlamasında futbol üzrə Azərbaycan Premyer Liqasının II turunda Gəncədə "Zirə” ilə 1:1 oynayan "Kəpəz” klubunun futbolçusu Tural Rzayev bildirib.
Gənc futbolçu oyun zamanı azarkeş dəstəyindən danışıb: "Hər şey çox yaxşı idi. Azarkeşlərin dəstəyi yüksək səviyyədə idi. Biz bu gün çalışdıq ki, buna qarşılıq verək, lakin olmadı. Sonda mənim qol vurmaq imkanım da oldu, yararlana bilmədim. İnşaallah gələcək oyunlarda azarkeşlərimizi qələbə ilə sevindirərik".
Matçın 90 dəqiqə "Kəpəz”in üstünlüyü şəraitində keçdiyini vurğulayan T.Rzayev komandanın çoxlu qol imkanlarının olduğunu, lakin bundan yararlana bilmədiklərini qeyd edib: "Mən bunu bəxtsizlik kimi qiymətləndirirəm. Bu futboldu. Bəzən belə olur. Alınmayanda alınmır. Top qapıdan keçmir ki, keçmir".
Futbolçuların fiziki səviyyəsinə toxunan futbolçu, bunun oyunda-oyuna daha yaxşı olacağını bildirib: "Komanda demək olar ki, bir aydı yaranıb. Oyundan-oyuna fiziki durumumuzu daha yaxşı səviyyəyə çatdıracağıq. Komandanın qol vurduqdan sonra geri çəkilməsi, məşqçinin taktiki gedişi idi. Əvəzetmələrdən sonra oyunu əks hücumlar üzərində qurmağa çalışdıq, bu bizdə alındı, sadəcə yaranan imkanlardan istifadə edə bilmədik. Biz bu gün 3 xal itirdik”.