Azərbaycan Premyer Liqasında III turun "Neftçi" - "Sumqayıt" oyununun başlama saatı dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, oyun sabah saat 18.30-da deyil, 18.15-də başlanacaq.
Səbəb kimi havanın tutqun olması göstərilib.
Qeyd edək ki, daha öncə "Neftçi" - "Sumqayıt" matçının stadionu dəyişdirilib. Oyunun təmirə bağlanan "Bakcell Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təşkilinə qərar verilib.