Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçrə "Yanq Boyz"u sabah Bakıya gələcək. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
N.İbrahimov bildirib ki, rəqib komanda sabah axşam saatlarında paytaxtda olacaq. Komanda paytaxtda "Hilton" otelində qalacaq.
Qeyd edək ki, komandalar arasındakı cavab görüşü avqustun 27-də keçiriləcək. İsveçrədə keçirilmiş ilk oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.