
Futbol üzrə Çempionlar Liqasında "pley-off" mərhələsinin cavab qarşılaşmalarına start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 5 görüş keçirilib.
III təsnifat mərhələsində Türkiyənin "Fənərbağça" klubunu üstələmiş Ukrayna "Şaxtyor" Avstriya "Rapid"ini də mübarizədən kənarlaşdıraraq, qrup mərhələsinə vəsiqə qazanıb. "Qarabağ"ı iki oyunun nəticəsində yenməyi bacarmış Şotlandiya "Seltik"i isə İsveçdə "Malmö"dən ağır zərbə alıb. İlk görüşdə qlazqolular 3:2 hesabı ilə qalib gəlsələr də, cavab oyununda 2 cavabsız top buraxaraq, Çempionlar Liqasının yox, Avropa Liqasının qrup mərhələsində iştirakla kifayətləniblər. İsrailin "Makkabi" (Təl-Əviv) komandası İsveçrə "Bazel"i ilə evdə də heç-heçə etsə də, məhz səfərdə daha çox qol vurduğu üçün mərhələ adlayıb. Ən nüfuzlu klub turnirində mübarizəni "Dinamo" (Zaqreb, Xorvatiya) və "Valensiya" (İspaniya) klubları da davam etdirəcək.
25 avqust
Çempionlar Liqası, "pley-off"un ilk oyunları
23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Skenderbeu" (Albaniya) - 4:1
Qol: Əl Ərəbi Hilal Sudani, 9; 80. Armin Hociç, 15. Jeremi Taravel, 55 - Eskerdinya, 10
İlk oyun - 2:1
23:45. "Malmö" (İsveç) - "Seltik" (Şotlandiya) - 2:0
Qol: Markus Rozenberq, 23. Dedrik Boyata, 55-öz qapısına
İlk oyun - 2:3
23:45. "Makkabi” (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə) - 1:1
Qol: Eran Zahavi, 24 - Luka Zuffi, 11
İlk oyun - 2:2
23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Rapid" (Avstriya) - 2:2
Qollar: Marlos, 10. Aleksandr Qladki, 27 - Luis Şaub, 13. Ştefan Hoffman, 22
İk oyun - 1:0
23:45. "Monako” (Fransa) - "Valensiya" (İspaniya) - 2:1
Qollar: Andrea Raggi, 17. Quido Karrilyo, 75 - Alvaro Neqredo, 4
İlk oyun - 1:3
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinə avqustun 26-da keçiriləcək 5 oyunla yekun vurulacaq.