1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mərkəzi arenada izdiham: "Qara bazar" işini davam etdirir
Bu gündən etibarən Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" və "Yanq Boyz" komandaları arasında keçiriləcək görüşün biletləri satışa çıxarılıb. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, ilk satış günündə bilet almaq istəyənlərin kütləviliyi nəzərə çarpır.
Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları önündə insan izdihamı yaranıb. Oyunu izləmək istəyənlərin çoxluğu səbəbindən qısa müddətə satış kassaları bağlanıb. Daha sonra kassalar fəaliyyətini bərpa edib.
Bu isə pley-off mərhələsinin cavab görüşündə anşlaq olacağını göstərir.
Azərbaycan klublarının avrokubok oyunlarında "yaralı yeri" olan "qara bazar" bu dəfə də fəaliyyətdədir. Hazırda kassalarda bir nəfərə üçdən artıq biletin satılmaması onların işini əməlli-başlı çətinləşdirib. Belə ki, "qara bazarçı"lar yeniyetmə və gəncləri bu işə cəlb edərək gün ərzində bir neçə nəfərə dəfələrlə bilet aldırırlar. İşbazlar əsasən bahalı biletlərə üstünlük verirlər. Həmin alınan biletlərin qarşılığında isə kassadan bilet alan şəxslərə əlavə "ödəniş" edilir. Nəticədə "qara bazar" alqı-satqısı yenə öz fəaliyyətini davam etdirir. Üstəlik, onların işini çətinləşdirən digər amil hüquq-mühafizə orqanlarının əməkdaşlarının ərazidə nəzarəti gücləndirməsidir.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 1,2,5,8,10,15 və 50 manatdır.
Qeyd edək ki, "Qarabağ" və "Yanq Boyz" komandalarının qarşılaşması avqustun 27-də, saat 21:00-da başlayacaq.