
Topaz  Premyer Liqasında III turun "Xəzər Lənkəran” – "Rəvan”  matçındakı hüquq pozuntuları ilə bağlı cəzalar müəyyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar verilib. 
5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün "Rəvan" 1000 manat ziyana düşüb. 48-ci dəqiqəsində "Xəzər Lənkəran”ın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimələnib. 90+1-ci dəqiqədə baş vermiş analoji hal üzündən isə Adrian Skarlatake və "Xəzər Lənkəran" analoji cəza və cəriməyə məruz qalıb. 
Oyun başa çatdıqdan sonra "Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.









                 





    
    
    
    
    
    
    
    
    





















































