1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA prezidenti "Qəbələ" və "Qarabağ" klublarını təbrik edib
AFFA prezidenti Rövnəq Abdullayev "Qarabağ" və "Qəbələ" klublarının UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini bildirib. Sportnet.az-ın AFFA-ya istinadən məlumatına görə, federasiya prezidenti hər iki klubu təbrik edib:
"UEFA Avropa Liqasında çıxış edən hər iki təmsilçimizin – "Qarabağ" və "Qəbələ" klublarının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixində yeni və ümid edirəm ki, davamlı və uğurlu olacaq bir mərhələnin başlanğıcını qoydu. İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir".
R.Abdullayev ölkənin futbol ictimaiyyətinə, azarkeşlərə böyük sevinc hissi yaşadan "Qarabağ" və "Qəbələ" klublarını təbrik edib, onlara qarşıdakı oyunlarda qələbə sevinci və qrup mərhələsinin püşkatmasında münasib rəqiblər arzu edib.