UEFA prezidenti Mişel Platini 2016-cı ildə FİFA-dakı eyni posta seçilməyəcəyi təqdirdə, Avropa futbol qurumunun 2019-cu il prezident seçkilərinə qatılmayacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə fransalı funksionerin özü açıqlama verib.
O bildirib ki, prezident kürsüsündə olma müddəti barədə mövcud qaydaları dəstəkləyir.
Qeyd edək ki, Mişel Platini 2007-ci ildən UEFA prezidentidir. FİFA-ya yeni prezident seçkisi 2016-cı il fevralın 26-da keçiriləcək.