
Bu gün Bakı Apellyasiya Məhkəməsində "Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətinin təmin olunmaması barədə Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report”a C.Hüseynovun vəkili Adəm Məmmədov bildirib.
Proses saat 16.00-da başlayacaq.
Qeyd edək ki, ötən həftə Səbail Rayon Məhkəməsində Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilmiş vəsatətə baxılıb. Məhkəmə qərarına əsasən, C.Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb.













































































