1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aleksey Antonov: "Oynamalı və pul toplamalıyam"
"Azərbaycanda gedişimdə baş məşqçi amili rol oynadı. Həmçinin "Qəbələ"də yaxşı tanıdığım bir neçə futbolçu var. Mənəvi olaraq mənim üçün Azərbaycana getmək asan oldu". Sportnet.az-ın "qol.az"a istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna mətbuatına "Qəbələ"nin futbolçusu Aleksey Antonov deyib.
Ukraynalı futbolçu yenidən ölkəsinə qayıda biləcəyini də istisna etməyib: "Mənim də ailəm var. Anlayıram ki, nə qədər ki, gücüm var oynamalı və pul toplamalıyam. Çünki bu gün futbol oynayıram, sabah nə olacağını bilmirəm. Ukraynaya qayıda bilərəm. Ancaq heç kəs zəmanət verə bilməz ki, Ukraynada hər şey sabit olacaq. Biz aydan-aya maaşımızı və mükafatımızı ala biləcəyik".
Qeyd edək ki, "Dnepr"in yetirməsi olan Antonov bu yay Qazaxıstanın "Aktobe" klubundan "Qəbələ"yə transfer olunub.