
"Qarabağ" klubu Avropada transfer pəncərəsinin bağlanmasına saatlar qalmış 2 futbolçu ilə müqavilə bağlayıb. Sportnet.az-ın "futbolxeber.az"a istinadən məlumatına görə, bunlar makedoniyalı müdafiəçi Vladimir Dimitrovski və isveçli hücumçu Samuel Armenterosdur.
26 yaşlı Dimitrovskinin boyu 187 sm-dir. Onun son klubu Yunanıstan təmsilçisi "Kerkira” olub. 2014-cü ildən şərəfini qoruduğu bu klubda Dimitrovski 25 oyuna çıxıb. Daha əvvəl isə o, "Vardar”, "Vesterlo”, "Cementarnika”, "Croatia Sesvete”, "Metallurq” (Skopye), "Mlada Boleslav " və "Rabotniçki” klublarında forma geyib. Dimitrovski 2005-2010-cu illər aralığında Makedoniyanın U-21 millisində 19 oyuna çıxıb. 2011-ci ildən dəvət aldığı əsas yığmada isə cəmi 4 görüşdə forma geyib.
Belçika "Anderlext”indən gələn Armenteros isə peşəkar karyerasında Hollandiyanın "Herenven” klubunda başlayıb. Daha sonra 4 il "Herakles”də forma geydikdən sonra "Anderlext”ə transfer olunub. Belçika təmsilçisində cəmi 5 oyun keçirən 25 yaşlı hücumçu icarə əsasında "Feyenord” və "Villem II”də çıxış edib. Son klubunda 29 oyunda 11 qol vurub. İsveçin aşağı yaş qruplarında forma geysə də, əsas yığmaya dəvət almayıb.
Qeyd edək ki, həm Vladimir Dimitrovski, həm də Samuel Armenterosla 2 illk müqavilə imzalanıb. "Anderlext" Avroliqada "Qarabağ"la eyni qrupda yer alıb.