
"Qəbələ” klubu növbəti transferini gerçəkləşdirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paraqvaylı yarımmüdafiəçi Derlis David Meza Kolli ilə 1 illik müqavilə bağlanılıb.
27 yaşlı oyunçu son 2 mövsümü Bakı "İnter"ində keçirib. O, Topaz Premyer Liqasında 55 oyun keçirib, 4 qol vurub və iki dəfə çempionatın gümüş mükafatçısı olub. İspaniyanın "Leskala” klubunun (2000-2007) yetirməsi olan Meza Kolli 2013-cü ildə Azərbaycana gələnədək Yunanıstanın "Atromitos” (2007-2010), "Etnikos” (2007-2008, icarə əsasında), "Yannina” (2008-2009, icarə əsasında), "Messiniakos” (2009-2010, icarə əsasında), İtaliyanın "Çezena” (2010-2013) və "Pavia” (2011, icarə əsasında) klublarında çıxış edib.
Qeyd edək ki, "Qəbələ" "transfer pəncərəsi”nin son günündə Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov və argentinalı Fakundo Abel Pereyranı icarə əsasında sıralarına qatıb.












































































