1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"yə Zenyovdan yeni xəbər
Estoniya millisinin düşərgəsində zədələnən "Qəbələ"nin futbolçusu Sergey Zenyovun durumuna aydınlıq gəlib. Sportnet.az-ın məlumatına görə, klubun meneceri Səbuhi Səfiyarlı "Report"a açıqlamasında 26 yaşlı hücumçunun tibbi müayinədən keçdiyini bildirib.
Onun sözlərinə görə, müayinə nəticəsində Zenyovun zədəsinin ciddi olmadığı aşkarlanıb. Artıq forvardın məşqlərə qoşulduğunu bildirən menecer onun Azərbaycan Premyer Liqasının IV turunda "İnter"ə qarşı oynamasının riskli olduğunu söyləyib. Amma "Qəbələ" rəsmisi Zenyovun Avropa Liqasında qrup mərhələsinin ilk turunun Yunanıstan PAOK-u ilə görüşündə meydana çıxacağını vurğulayıb.
Qeyd edək ki, "Qəbələ" "İnter"lə sentyabrın 12-də, PAOK-la isə sentyabrın 17-də üz-üzə gələcək.