Azərbaycanın FİFA referisi Əliyar Ağayevin səhhətində problem yaranıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytında bildirilir.
Məlumatda Azərbaycan Premyer Liqasının V turunun oyunlarını idarə edəcək hakim briqadalarında müəyyən dəyişikliklərin edildiyi qeyd olunub. Səhhəti ilə əlaqədar Ə.Ağayev AZAL – "İnter" görüşünü idarə edə bilməyəcək.
Bu səbəbdən həmin matçın baş hakimi dəyişdirilib və bu görüşə İnqilab Məmmədov təyinat alıb. Ağayevi əlavə köməkçi hakim kimi təyinat aldığı "Neftçi" – "Xəzər Lənkəran" görüşündə isə Fariz Yusifov əvəzləyəcək.