1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qriqorçuk azarkeşlərə haqq qazandırdı
Həqiqətən də futbolçular Avropa Liqasına güc, emosiya sərf ediblər. Onları bərpa etmək çətin idi". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Sumqayıt"ı 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
Ukraynalı mütəxəssis komandasının Yunanıstan PAOK-u ilə qarşılaşmasından 4 gün sonra ölkə çempionatının görüşünə çıxdığını xatırladaraq, bildirib ki, burada çətin bir şey yoxdur və belə qrafik hələlik bizə lazımdır: "Deməzdim ki, bu gün zəif hərəkət edirdik. Bu da elə emosiya məsələsi ilə bağlı idi. Hücumda kəskinlik çatışmadı. Hücum edirdik, amma elə də qol vəziyyəti yarada bilmirdik. İstənilən halda bu gün qələbəyə oynayırdıq. Futbolçulara minnətdaram ki, sonadək mübarizə apardılar, qələbəyə inandılar və nəticədə qələbə əldə olundu".
Qriqorçuk Vaqif Cavadov, Vüqar Nadirov və Ruslan Abışovun "Qəbələ"yə keçidindən razı olsa da, onların hələ tam vəziyyətə çatmadıqlarını bildirib. Baş məşqçi hər 3 futbolçuya böyük ümid bəslədiklərini dilə gətirib: "Obyektiv olaraq, anlayırıq ki, hələ heç biri oynamağa hazır deyil. Çünki hamısı bir müddət oynamayıb və lazımi tonusda deyillər. Amma biz Abışovu əsas heyətdə meydana buraxmışdıq. Ona çətin olacağını bilirdik. Çünki elə futbol sərgiləməyə çalışırıq ki, müdafiəçilərimiz basqı etsinlər, "ikinci mərtəbə"də oynasınlar, maksimal sürət yığsınlar, hücumçularla təkbətək mübarizələrdən çəkinməsinlər. Üstəlik, rəqibin kifayət qədər sürətli futbolçulardan qurulduğunu da bilirdik. Hesab edirəm ki, Ruslan öhdəsinə düşəni bacardı. Əlbəttə, biz onun üzərində hansı işləri görməli olduğumuzu bilirik. Minnətdaram ki, müəyyən çətin dövrdən sonra toparlandı və bacardığını etdi".
50 yaşlı mütəxəssis azarkeşlərin tribunaları doldurmamalarına da mübasibət bildirib. Onun fikrincə, səbəb "Qəbələ"nin hələ də tamaşaçıların zövqünə tam cavab verən oyunu sərgiləməməsidir: Elə futbol sərgiləyəcək, elə inadla işləyəcəyik ki, insanlar evlərində otura bilməyəcək və futbola gələcəklər. Gələnlərə və dəstək verənlərə isə hədsiz minnətdarlığımı bildirirəm. Biz onlar üçün oynayırıq. İstədiyimiz kimi çıxış edə bilməməyimizdən və onların bizim oyuna sevinməmələrindən bir qədər məyusuq".
Qeyd edək ki, "Qəbələ" "Sumqayıt"ı uzatma dəqiqələrində penalti qolu ilə yenib.