Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev Qəbələdəki "Glory Ranked Fights" turnirinin Camal ben Saddiq (Mərakeş) - Hesdi Gerges (Misir) döyüşü zamanı baş vermiş xoşagəlməz olaya münasibət bildirib. Musayev Sportnet.az-a açıqlamasında belə hallarda dəfələrlə rastlaşdığını söyləyib.
O deyib ki, ben Saddiqlə Gergesin bir-birilərinə necə nifrət etmələrinə hələ döyüş öncəsi mətbuat konfransında hamı şahid olub: "Bu zaman çoxları belə baxışmanı şouya bənzədirdi. Həqiqətən də şoulara rast gəlmək olur. Amma bu dəfə gördüyünüz kimi, şou baş vermədi. Onlar bir-birilərinə nifrətlə yanaşdılar. Əslində olmamalı idi. İdmançı rəqibinə nifrətini rinqdə qaydalar çərçivəsində göstərməlidir. Qalib gəl, bu, elə sənin nifrətinin qarşılığı olsun. Amma belə hərəkətlər idmançıya yaraşmır. Açığı, mən bu hərəkəti çox pis qiymətləndirirəm".
Qeyd edək ki, döyüşün elə ilk raundundaca Camal ben Saddiq Hesdi Gergesi yerə yıxaraq, təpikləməyə başlayıb. Araya hər iki döyüşçünün təmsilçiləri giriblər. Rinqdə onlar arasında kiçik toqquşma yaranıb. Hakimlər ben Saddiqi diskvalifikasiya ediblər. Gerges isə kuboku könülsüz qəbul edib. O, daha sonra rinqdə baş verən xoşagəlməz olaya görə azarkeşlərdən üzr istəyib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |