Futzal üzrə Avropa çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya – Azərbaycan qarşılaşması üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası öz əksini tapıb. Sportnet.az-ın məlumatına görə, federasiyanın rəsmi saytında karikaturanın hazırlanması və nəşrin AFFA ilə razılaşdırılmadığı açıqlanıb.
Bununla əlaqədar olaraq, AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.