Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, "Xəzər Lənkəran" doğma meydanda debütant "Zirə"ni qəbul edib.
Görüş uzatma dəqiqələrində Rəşad Abdullayevin sabiq komandasına vurduğu penalti qolu ilə "Zirə"nin xeyrinə nəticələnib - 1:0. Bununla da baş məşqçi Adil Şükürovun komandası çempionatın məğlubiyyət üzü görməyən 2 klubundan biri statusunu qoruyub. Üstəlik, "Zirə" xallarını 12-yə çatdıraraq, 4-cü pilləyə yüksəlib.
"Xəzər Lənkəran" bu oyuna cəzalı Adrian Skarlatakesiz çıxıb. "Zirə"də isə hücumçu Nurlan Novruzovla yarımmüdafiəçi Nicat Qurbanov zədə, Çimezi Mba isə cəza üzündən oynamayıb. Bu, iki komanda arasında ilk qarşılaşma olub.
Azərbaycan Premyer Liqası, VI tur
27 sentyabr (bazar)
21:00. "Xəzər Lənkəran” – "Zirə” - 0:1
Qol: Rəşad Abdullayev, 90+2 - penalti ilə
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Fazil Mürşüdov
"Xəzər Lənkəran” mərkəzi stadionu
26 sentyabr (şənbə)
19:00. "Qarabağ” – "Neftçi” - 1:1
Qollar: Riçard Almeyda, 90+2 (penalti ilə) - Erik Ramos, 61
19:00. "Sumqayıt” – AZAL - 1:1
Qollar: Ağabala Ramazanov, 36 - Aleksandr Quruli, 90+4
Qırmızı vərəqə: Bəxtiyar Həsənalızadə, 61 ("Sumqayıt")
25 sentyabr (cümə)
"İnter” – "Kəpəz” - 1:0
Qol: Dieqo Martins, 53
Qırmızı vərəqə: Dieqo Martins, 86 ("İnter")
"Rəvan” – "Qəbələ” - 0:3
Qollar: Dodo, 37. Samir Zərgərov, 58. Aleksey Qay, 78