Bu gün futbol üzrə Çempionlar Liqasında II tura start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 oyun baş tutub.
Hazırda İngiltərənin "Çelsi" komandasına rəhbərlik edən Joze Mourinyo 2004-cü ildə Çempionlar Liqasının qalibi etdiyi Portuqaliya "Portu"su ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bununla da Mourinyo vətənindən məyus qayıdıb. F qrupunun digər qarşılaşmasında Ukraynanın Kiyev "Dinamo"su İsraildə Təl-Əviv "Makkabi"sini ardıcıl 2-ci məğlubiyyətə uğradıb.
F qrupunda ilk turu qələbə ilə başa vuran Almaniya "Bavariya"sı ilə Xorvatiyanın Zaqreb "Dinamo"su bu dəfə bir-biri ilə üz-üzə gəlib. "Dinamo"nun 45 oyun məğlubiyyətsizlik seriyasına məhz bu qarşılaşmada son qoyulub. Son zamanlar məhsuldarlığı ilə gündəmdən düşməyən Robert Levandovski bu oyunda da qollarını sıralayıb. O, het-trik edib. Arsenal" isə İngiltərədə Yunanıstan "Olimpiakos"una uduzub və bununla da qrupda ardıcıl ikinci məğlubiyyətə düçar olub. .
Qvardiolanın E qrupunda yer alan sabiq komandası "Barselona" isə İspaniyada Almaniya "Bayer"i ilə üz-üzə gəlib. Kataloniyalılar ilk turda İtaliya "Roma"sı ilə qarşılaşmadan 1 xalla ayrılmış, "Bayer" isə Belarus BATE-sini darmadağın etmişdi. Zədəli Lionel Messinin yoxluğunda "Bayer" hesabda geri düşsə də, matçın sonlarında 3 dəqiqə ərzində 2 qol vuraraq, qələbəyə nail olub. Günün sensasiyası isə Belarusda qeydə alınıb. Yerli BATE komandası İtaliya "Roma"sını məğlub edib. Hələ ilk yarıda rəqibinin qapısından 3 cavabsız top keçirən borisovlular ikinci hissədə 2 top buraxıblar. Bununla belə, "Roma" məğlubiyyətdən xilas ola bilməyib.
Nəhayət, H qrupunda lider "Zenit" Rusiyada Belçika "Gent"ini də məğlub edərək, ardıcıl ikinci qələbəyə imza atıb. Sankt-Peterburq komandasının ilk turda yendiyi İspaniya "Valensiya"sı isə Fransada "Lion"a minimal hesabla qalib gələrək, qrupda ikinci pilləyə yüksəlib.
E qrupu
BATE (Belarus) - "Roma" (İtaliya) - 3:2
Qollar: İqor Staseviç, 8. Filip Mladenoviç, 12; 30 - Jervinyo, 68. Vasilis Torosidis, 82
Baş hakim: Mark Klattenburq (İngiltərə)
"Barselona" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 2:1
Qollar: Serxi Roberto, 80. Luis Suares, 82 - Kiriakos Papadopulos, 22
Baş hakim: Martin Atkinson (İngiltərə)
Xal durumu: "Barselona" - 4, "Bayer" - 3, BATE - 3, "Roma" - 1.
F qrupu
"Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 2:3
Qollar: Teo Uolkott, 35. Aleksis Sançes, 65 - Felipe Pardo, 33. David Ospina, 40-öz qapısına. Alfred Finnboqason, 66
Baş hakim: Bas Niyhuis (Hollandiya)
"Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 5:0
Qollar: Duqlas Kosta, 13. Robert Levandovski, 21; 28; 55. Mario Götze, 25
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Xal durumu: "Bavariya" - 6, "Olimpiakos" - 3, "Dinamo" Z - 3, "Arsenal" - 0.
G qrupu
"Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 2:1
Qollar: Andre Andre, 39. Maykon, 52 - Villian, 45+2
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
"Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:2
Qol: Andrey Yarmolenko, 4. Junior Moraeş, 50
Baş hakim: David Fernandes Borbalan (İspaniya)
Xal durumu: "Portu" - 4, "Dinamo" K - 4, "Çelsi" - 3, "Makkabi" - 0.
H qrupu
"Zenit" (Rusiya) - "Gent" (Belçika) - 2:1
Qollar: Artyom Dzyuba, 35. Oleq Şatov, 67 - Tomas Matton, 56
Baş hakim: Matey Yuq (Sloveniya)
"Lion" (Fransa) - "Valensiya" (İspaniya) - 0:1
Qol: Sofian Fequli, 42
Baş hakim: Milorad Majiç (Serbiya)
Xal durumu: "Zenit" - 6, "Valensiya" - 3, "Lion" - 1, "Gent" - 1.