1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"yə vurduğum qol əhvalımı yüksəltdi"
"Gizlətmirəm, son matçımızda fərqlənə bildiyim üçün çox xoşbəxtəm. "Qəbələ"nin qapısına vurduğum qol əhval-ruhiyyəmi yüksəltdi". Sportnet.az-ın məlumatına görə, bunu "Krasnodar"ın futbolçusu Vanderson "Ufa" ilə Rusiya Premyer Liqasının XI tur matçından öncə klubun rəsmi saytına açıqlamasında deyib.
Onun fikrincə, Avropa Liqasının qrup mərhələsinin II turunda "qırmızı-qaralar" üzərində əldə etdikləri 2:1 hesablı qələbə bütün komandaya müsbət emosiya bəxş edib. Braziliyalı hücumçu "Ufa" ilə qarşılaşmada da eyni ruhda davam etmələrinin gərəkliyini vurğulayıb: "Hazırda "Krasnodar"a Rusiya çempionatında xallar çox lazımdır. Biz də meydana yalnız bir məqsədlə - qələbə üçün çıxacağıq".
Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək "Ufa" - "Krasnodar" matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Vanderson "Qəbələ" ilə görüşdə ilk qolun müəllifi olub.