1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yunis Hüseynov: "AFFA deyəcək ki, cərimələyin, ölüb, gəlməyib"
"Hazırda özümü yaxşı hiss edirəm". Bunu Sportnet.az-a açıqlamasında "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib.
50 yaşlı mütəxəssis "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının VII tur matrçından sonra özünü piss hiss etdiyini bildirib: "Təzyiqim qalxmışdı. Amma bu, olan şeydir. Kim əsəb keçirisə, onda həmişə belə hallar olur. Məndə də oldu. Klub həkiminin ilkin yardımından sonra səhhətim qaydasına düşdü".
"Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransına qatılmadığı üçün "Xəzər Lənkəran"ın AFFA-nın İntizam Komitəsi tərəfindən cərimələndiyi xəbərinə Y.Hüseynov belə münasibət bildirib: "Cərimələyiblər? AFFA-ya insan lazım deyil ki... AFFA-ya pul lazımdır. İnsanın halı, ölümü federasiyanı maraqlandırmır ki... Cərimə ediblərsə, buna həqiqətən də təəssüf edirəm. Çox təəssüf edirəm ki, AFFA belə hallardan pul qazanmaq istəyir. Əfsuslar olsun!"
Təcrübəli mütəxəssis onu da qeyd edib ki, həmin vaxt mətbuat konfransına gələrək, üzrxahlıq etmək iqtidarında olmayıb: "Bilirsiniz ki, mənim jurnalistlərə böyük hörmətim var. Bir jurnalist deyə bilməz ki, nə vaxtsa zəng etmişik, amma Yunis müəllim telefonu açmayıb, müsahibə verməyib. Hələ fasilə vaxtı özümü pis hiss edirdim. Klubumuzun həkimi gedib AFFA nümayəndəsi Abbas Hüseynovu məlumatlandırdı. Çox halsız idim. İndi dünya dağılmayıb ki... Hamımız insanıq. Hər şey ola bilər. Amma belə vəziyyətdə İntizam Komitəsi məni cərimələyirsə, mənə təsir edir. İndi şahidi oldum ki, bunları insan amili maraqlandırmır. Bunları yalnız pul maraqlandırır".
Cənubluların baş məşqçisinin sözlərinə görə, əsəbləşməyinə səbəb komandanın 0:6 hesabı ilə məğlub olmasıdır. O, 10 illik məşqçi karyerası ərzində belə məğlub olmadığını söyləyib: "Tarixdə olmayan bir şey idi. 10 ildir baş məşqçi işləyirəm, komandalarım heç vaxt belə uduzmamışdı. 0:6 hesablı məğlubiyyət mənə çox pis təsir etdi. Burada şişirdiləsi bir şey yoxdur. Belə olmamalı idi. Nə isə... Sizinlə danışa-danışa da yenə əsəbiləşdim. Vicdan haqqı! Özünüz də bilirsiniz ki, bu qərar düzgün deyil. Özüm dedim ki, gedirəm mətbuat konfransına. Həkim qoymadı. "İstirahət etməlisən. Özümüz gedib deyəcəyik" söylədi. Gedib federasiya əməkdaşına da dedilər ki, halı yoxdur. Orada da hansısa sənədə qol çəkilməsini istəyiblər. Sonra da həkim gəlib dedi ki, problem yoxdur, mətbuat konfransına köməkçi-məşqçi Vidadi Hüseynov gedəcək. Dünya dağılmadı ki... İnanmırdısa, gəlib özümlə danışa, vəziyyəti öz gözləri ilə görə bilərdi. Açığı, İntizam Komitəsinin belə qərar verəcəyini gözləməzdim. Demək, bunları yalnız pul düşündürür. İnsanı düşünmürlər ki, birdən ölər. Allah eləməsin, kimsə ölsə, bunlara maraqlı deyil də... Deyəcəklər ki, cərimələyin, ölüb, gəlməyib".