Bu gün Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start verilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan boksçularından ilk olaraq 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenso Sotomayor rinqə çıxıb.
Kubalı legioner kanadalı Artur Biyarslanovu hər üç raundda məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb. Onun növbəti rəqibi əlcazairli Abdelkader Çader olacaq. Dünya çempionatının debütantı, 49 kq çəkidə mübarizə aparan Rüfət Hüseynov isə mərakeşli İmad Ahyoun üzərində hər üç raundda qalib gələrək növbəti mərhələyə yüksəlib. Hüseynovun 1/8 final mərhələsində rəqibi özəbikstanlı, son Asia çempionu Duşmatov Həsənboy olacaq.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı təmsil edən digər boksçular - Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.