
Klubun mətbuat xidmətindən isə Sportnet.az-a bildirilib ki, A.Məmmədov hələ 2 gün öncə "Kəpəz"ə 1:3 hesablı məğlubiyyətdən sonra istefa ərizəsini təqdim edib. Onun ərizəsinə "Sumqayıt"ın Müşahidə Şurasının sabah keçiriləcək iclasında baxılacaq.
Qeyd edək ki, Aqil Məmmədov bu mövsüm Premyer Liqada postundan istefa verən ilk baş məşqçidir. O, "Sumqayıt"ın sükanı arxasına 2013-cü ilin iyununda keçmişdi.