Qətərin paytaxtı Dohada davam edən dünya çempionatında Azərbaycanın 4 boksçusu 1/4 finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, 1/8 final mərhələsində döyüşən təmsilçilərimizin hamısı qələbə qazanıb.
49 kq çəki dərəcəsindəki Rüfət Hüseynov mərakeşli İmad Ahyunu yendikdən sonra özbəkistanlı Həsənboy Dusmatova rəqib olub. Görüş Hüseynovun qələbəsi ilə yekunlaşıb - 2:1. 1/4 finalda rəqib ukraynalı Dmitri Zamotayev olacaq.
64 kq çəkidə yer alan Lorentso Sotomayor əlcəzairli Abdelkader Şadi ilə baş tutan döyüşdə aşkar üstünlüklə 3:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Kubalı legioner əvvəlki mərhələdə kanadalı Artur Biyarslanovu yenib.
91 kq çəkidə ilk görüşünə çıxan Abdulqadir Abdullayev əlcazairli Şuayib Buludiantsla ağır döyüş keçirib. Birinci raunda iki dəfə naqdaun vəziyyətinə düşən boksçumuz, ikinci raundda iki dəfə rəqibini naqdaun vəziyyətinə salıb. Üçüncü raundda da xal ehtiyatını artıran idmançımız 3:0 hesabı ilə inamlı qələbə qazanıb. Onun növbəti rəqibi əlcəzairli Çuayib Bulodiansa olacaq.
Tayfur Əliyev (56 kq) isə ilk görüşdə İderxuu Enkjarqalı (Monqolustan) 3:0 hesabı ilə məğlub edib. 1/4 finaldakı rəqib Maykl Konlan (İrlandiya) olacaq.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı 4 boksçu təmsil edir.