1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatında ağır itki
Qətərdə keçirilən boks üzrə dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın 8 boksçusundan yalnız Teymur Məmmədov növbəti mərhələyə yüksələ bilməyib.
22 yaşlı idmançı "Bakı 2015" I Avropa Oyunlarında yendiyi rusiyalı Pavel Silyaginlə döyüşdən məğlub ayrılıb.
Digər boksçularımıza gəldikdə, Elvin Məmişzadə (52 kq) Avropa Oyunlarında məğlub etdiyi Hamza Tubaya (Almaniya) heç bir şans verməyərək, inamlı qələbə qazanıb - 3:0. Məmişzadə 1/4 finalda Böyük Britaniya təmsilçisi Məhəmməd Əli ilə qarşılaşacaq. Həmin görüş bu gün axşam proqramında olacaq.
Dünya və Avropa çempionu Albert Səlimov (60 kq) irlandiyalı Şon Makkombla görüşdə çətinliklə də olsa qalib gəlib - 2:1. Səlimov bu axşam fransalı Sofian Umiha ilə 1/4 finalda qarşılaşacaq.
Pərviz Bağırov (69 kq) isə meksikalı Marvin Kabreranı üstələyib - 3:0. Boksçumuz 1/4 finalda kubalı Roniel İqlesiasla üz-üzə gələcək. İqlesias 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc, 2012-ci il London olimpiadasının qızıl medalçısıdır. O, 2009-cu ildə İtaliyanın Milan şəhərində keçirilmiş dünya çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha öncə mərhələ adlamış qalan 4 boksçumuzdan Rüfət Hüseynov (49 kq) 1/4 finalda ukraynalı Dmitri Zamotayevlə, Tayfur Əliyev (56 kq) irlandiyalı Maykl Konlanla, Lorentso Sotomayor (64 kq) kanadalı Artur Biyarslanovla, Abdulqadir Abdullayev (91 kq) əlcəzairli Çuayib Bulodiansa üz-üzə gələcək.