
Məmişzadə yarımfinalda əlcəzairli Muhammed Flissi ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini texniki nokautla meglub edib. O, finala vəsiqə qazanmaqla bəraber, 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Onun finaldakı rəqibi kubalı Yosbani Veyta olacaq.
69 kq çəkidə yer alan Pərviz Bağırov isə qazaxıstanlı Daniyar Yeleusinovla döyüşdən məğlub ayrılıb. O da bürünc medal və olimpiadaya lisenziyaya sahib çıxıb. Səbəb digər yarımfinaldakı əlcəzairli Məhəmməd Rabiinin artıq WSB Liqasından bu hüquqa yiyələnməsidir. Bağırov Rabii ilə Yeleusinov arasındakı final görüşünün nəticəsindən asılı olmayaraq, lisenziyaların 3 yeni sahibindən birinə çevrilib.
Qeyd edək ki, ötən gün dünya çempionatında Azərbaycan boksçularından 91 kq çəki dərəcəsində mübarizə aparan Abdulqadir Abdullayev bürünc medala sahib olub. O, yarımfinalda uduzub. Digər boksçulardan Rüfət Hüseynov (49 kq), Tayfur Əliyev (56 kq) və Lorenso Sotomayor (64 kq) 1/4 finalda, Teymur Məmmədov isə 1/8 finalda mübarizəni dayandırıb. Final görüşləri oktyabrın 15-də baş tutacaq.