1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayevə təbrik
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Fransaya yollanıb. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, səfəri zamanı R.Abdullayev Parisdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerlə görüşüb.
M.Vizer azərbaycanlı qonağı yeni vəzifə münasibətilə təbrik edib. O, Azərbaycanda idmana, o cümlədən, cüdoya dövlət səviyyəsində göstərilən qayğını yüksək qiymətləndirib, "Bakı 2015" I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbycan cüdoçuları hazırda Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizə aparırlar. Yarışı izləyənlər arasında ACF-nin vitse-prezidentleri Sadıq Sadıqovla Elnur Memmedli də var.