İsveçrənin Nyon şəhərində futbol üzrə AVRO-2016-nın "pley-off" mərhələsinin püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında 2 oyunçusu çıxış edən Bosniya və Herseqovina millisinə İrlandiya rəqib olub.
"Qəbələ"nin hücumçusu Ermin Zetslə "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin yer aldığı komanda ilk oyunu evdə keçirəcək.
Digər cütlərin tərkibi:
Ukrayna - Sloveniya
İsveç - Danimarka
Norveç - Macarıstan
İlk oyunlar 12 - 14 oktyabrda adları birinci göstərilən milli komandaların öz meydanlarında, cavab görüşləri isə 15 - 17 noyabrda səfərdə keçiriləcək. Qalib komandalar 2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək Avropa çempionatına son 4 vəsiqəyə yiyələnəcəklər.