1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" separatçılarla oynamasının səbəbini açıqladı
"Neftçi" klubu separatçı Cənubi Osetiya və Abxaziya komandaları ilə birgə Rusiyanın Krasnodar şəhərində 14 yaşadək futbolçular arasında təşkil olunmuş "Dəri top" turnirində iştirakı səbəbindən üzləşdiyi tənqidlərə cavab verib. Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytı turnirə AFFA-ya göndərilmiş dəvət əsasında ötən mövsümün Azərbaycan çempionu kimi qatıldıqlarını bəyan edib.
Klub bildirir ki, iştirakçı komandaların adları və təqvim ilk oyun günü açıqlanıb: "Rusiya Futbol İttifaqı tərəfindən AFFA-ya hər il olduğu kimi, bu il də ənənəvi dəvət göndərilib və Krasnodar şəhərində keçirilən turnirə Azərbaycanı təmsil edən 14 yaşadək futbolçulardan təşkil olunmuş bir komanda dəvət olunub. "Neftçi”nin U-14 komandasının ötən mövsüm ölkə çempionatının qalibi olmasını nəzərə alan AFFA bu dəvəti "Neftçi”yə yönəldib və klub bu yaş qrupuna aid olan komandanı beynəlxalq təcrübəyə yiyələnməsi üçün Rusiyaya ezam edib. Təəssüf ki, Rusiya Futbol İttifaqı turnirin təqvimini və iştirakçı komandaların adlarını yalnız ilk oyun günü açıqlayıb. Turnirdə hər hansı ölkəni təmsil edən yığmanın olmadığını, yalnız klubların iştirakını və 13-14 yaşlı uşaqların çıxış etməsini, bu yaşda futbolçular üçün siyasi proseslərin idman prinsiplərinə mane olmamasının vacibliyini nəzərə alan "Neftçi” komandanın Krasnodar şəhərindəki turnirdə çıxışını davam etdirməsinə etiraz etməyib”.
Medianın bu məsələyə münasibətdə həssaslığını anlayışla qarşılayan klub bildirir ki, gələcəkdə belə hallara daha diqqətlə yanaşılacaq.