1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Monako" ilə oyunlar həlledici olmayacaq"
Avropa Liqasının III turunda Fransada "Monako"nun qonağı olacaq "Qarabağ" ötən gün sonuncu məşqinə çıxıb. Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesindən öncə baş məşqçi Qurban Qurbanov fikirlərini bildirib.
O, komandasını çətin oyunun gözlədiyini, amma hər şeyin doğrusunu etməyə çalışacaqlarını açıqlayıb: "Qrupda 2-ci pillədə qərarlaşmağımıza baxmayaraq, növbəti mərhələyə adlamaq baxımından rəqiblərimiz favoritdir. Hər halda, onların zəngin təcrübəsi belə düşünməyə əsas verir. "Monako” ilə ardıcıl oyunların həlledici olacağını düşünmürəm. Fikrimcə, son tura qədər komandalar arasında mübarizə davam edəcək. Ona görə də indidən nəsə söyləmək çətindir. "Monako” sonradan ulduza çevrilən futbolçular yetişdirməklə adından söz etdirə bilib”.
Qeyd edək ki, bu gün keçiriləcək "Monako" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.