"Samir Abbasovun gəlişi ilə "Sumqayıt"da yeni nəfəs hiss olundu”. Bunu Sportnet.az saytına açıqlamasında "Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanov deyib.
O, Azərbaycan Premyer Liqasının IX tur matçında 0:1 hesabı ilə uduzduqları "Sumqayıt”ın təbrikə layiq komanda olduğunu vurğulayıb: "Həqiqətən çempionatın ən maraqlı görüşlərindən biri oldu. Rəqib komanda təbriklərə layiq oyun sərgilədi. Baxmayaraq ki, bir neçə əsas heyət oyunçusu ehtiyatda idi. İkinci hissədə real qol epizodlarımız daha çox oldu, bəxtsizlik yaşadıq. "Sumqayıt" isə bir real şansdan maksimum yararlandı. Bu məğlubiyyəti ürəyə salmaq lazım deyil. Çünki futbolda belə halların yaşanması normaldır. Baş hakimə də təşəkkür edirəm ki, sürətli oyunun baş tutmasına şərait yaratdı”.
Qeyd edək ki, yeganə qolu 86-cı dəqiqədə Mirzağa Hüseynpur vurub.
Vüsal HACISOY
Vüsal HACISOY