Rail Məlikovun "Qəbələ"dən ayrılmasının səbəbi açıqlanıb. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
Klub rəsmisi milli komandamızın sabiq müdafiəçisinin yeni baş məşqçinin istəyi ilə "Qəbələ"dən kənarlaşdırıldığını bildirib: "Raillə yollarımızın ayrılmasında qeyri-adi heç nə yoxdur. Yeni baş məşqçi Dorinel Muntyanu cinah müdafiəçiləri mövqeyində gənc və sürətli Ruslan Əmircanov və Ürfan Abbasova güvəndiyini bildirdi. Belədə, Məlikova ehtiyac duymadıq".
Qeyd edək ki, Rail Məlikov "Qəbələ" ilə ötən ilin iyulunda 1 illik müqavilə imzalamışdı.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |