"Sözsüz, mən nəticədən razı deyiləm". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının X turunda AZAL-ı yenə bilmədikləri oyundan sonra deyib.
Hər iki hissədə üstün oynadıqlarını bildirən ukraynalı mütəxəssis rəqib qapısı qarşısında ən azı 3 real qol vəziyyəti yaratdıqlarını söyləyib: "Düşünürəm ki, bu gün qələbə qazanmalı idik. Lazımi qədər yaxşı oynadıq. Səhvlərimizi təhlil edib, növbəti oyunlara hazırlaşacağıq”.
Qeyd edək ki, oyunda hesab açılmayıb - 0:0.