"Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbs müddəti uzadılıb. Sportnet.az xəbər verir ki, bu barədə "Report”a onun vəkili Adəm Məmmədov bildirib.
O qeyd edib ki, Bakı şəhər Prokurorluğu Səbail Rayon Məhkəməsinə müraciət edərək futbolçu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin iki ay artırılması barədə protest verib. Səbail məhkəməsinin qərarına əsasən, Cavid Hüseynovun həbs qətimkan müddəti 1 ay müddətinə uzadılıb.
Qeyd edək ki, futbolçu avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlunun ölümü ilə bağlı cinayət işində təqsirli bilinərək barəsində 3 ay müddətinədək həbs qətimkan tədbiri seçilmişdi.