Futbol üzrə AVRO-2016-nın "play-off" mərhələsində daha bir cavab görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, gecənin tək oyununda İrlandiya Bosniya və Herseqovina millisini qəbul edib.
İrlandiyanın paytaxtı Dublindəki Aviva stadionuna keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Conatan Uolters vurub. Bununla da İrlandiya AVRO-2016-nın final mərhələsinə yüksəlib. "Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə "Qəbələ"nin hücumçusu Ermin Zetsin yer aldığı Bosniya və Herseqovina millisi isə Fransada keçiriləcək nüfuzlu yarışdan kənarda qalıb. İrlandiya ilə cavab görüşündə Şehiç sonadək ehtiyatda qalıb, Zets isə zədə səbəbindən iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, daha öncə Macarıstan "pley-off"dan final mərhələsinə vəsiqə qazanıb.
AVRO-2016, play-off mərhələsi, cavab oyunu
23:45. İrlandiya - Bosniya və Herseqovina - 2:0 (1:1)
Qollar: Conatan Uolters, 24; 70 - penalti ilə
Baş hakim: Björn Kyopers.
Yan xətt hakimləri: Sander van Roekel, Ervin Zeynstra
Dördüncü hakim: Çarles Şaap (hamısı Hollandiya)
Dublin. Aviva stadionu
İlk oyun - 1:1.
Qeyd edək ki, artıq "play-off" mərhələsindən Fransanın paytaxtı Parisə yollanacaq bir komandanın adına aydınlıq gəlib. Macarıstan Norveçi səfərdə 1:0, evdə isə 2:1 hesabı ilə məğlub etməklə Parisə yollanmaq şansını əldən verməyib.